Tatarıstanda etnik kafelərdən birində dönər yeyən 11 yaşlı məktəbli ölüb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Tetyuşi şəhərindən olan bir qız “Nur” adlı şərq mətbəxi müəssisəsindən dönər alıb. İki gün sonra o, xəstələnib və ailəsinə şiddətli ürək bulanmasından şikayət edib.
O, xəstəxanaya aparılıb, orada həkimlər toksikoz və şok diaqnozu qoyublar. Onlar məktəblinin həyatı üçün beş gün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Qız bu gün səhər saat bir radələrində dünyasını dəyişib.
Qızın ölümündən sonra köşk yerli Rospotrebnadzor tərəfindən yoxlanılır.
Xuraman Etibarlı
İnterpress.az