Netanyahu sui-qəsd cəhdindən qorxduğu üçün oğlunun təhlükəsizliyini gücləndirməyi XAHİŞ ETDİbackend

Netanyahu sui-qəsd cəhdindən qorxduğu üçün oğlunun təhlükəsizliyini gücləndirməyi XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahu sui-qəsd cəhdindən qorxduğu üçün oğlunun təhlükəsizliyini gücləndirməyi xahiş edib.

interpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yair “İranın hədəfinə” çevrilə biləcəyi qorxusuna görə onun təhlükəsizliyinin artırılmasını istəyib.

Yair Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayır.

Qəzetin yazdığına görə, bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib. Lakin Yair Netanyahunun əhəmiyyətli təhlükələrlə üzləşdiyinə dair heç bir əlamət olmadığına görə İsrail Baş Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini artırmaq niyyətində deyil.

Məlumata görə, İsrail mediasında yayılan xəbərlərdən sonra Netanyahunun ofisi baş nazirin oğlunun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı hər hansı tələbi rədd edib.

Nəşrin yazdığına görə, Netanyahunun oğlu hazırda Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.

Xuraman Etibarlı

İnterpress.az