Ermənistanda ömürlük həbsdə olan məhkum ölüb.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ömürlük həbs cəzasına məhkum edilmiş 1959-cu il təvəllüdlü Aşot Knyazyan “Nubaraşen” həbsxanasında dünyasını dəyişib. Onun vəziyyəti kəskin pisləşib və gələn həkimlər onu xilas edə bilməyiblər.
Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi. Mətbuatın yazdığına görə, o, dəfələrlə əfv istəyib, sonuncu dəfə iyun ayında məhkəmə onu rədd edib.
Xuraman Etibarlı
İnterpress.az