“Biz indi 2017-ci ildən fərqli olaraq Rusiyadan 2 dəfə çox asılıyıq”.
interpress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, “Azatutyun” partiyasının sədri Qrant Baqratyan erməni mediasına müsahibəsində deyib.
O, jurnalistin “Ermənistan-Rusiya münasibətləri Ermənistanın iqtisadi inkişafına necə təsir edəcək” sualına belıə cavab verib:
“Ermənistan-Rusiya münasibətlərinin o qədər də perspektivi yoxdur.
Baxmayaraq ki, siyasi fikir ayrılıqları: KTMT, etirazlar, rus qoşunları və s. var, Paşinyanın dövründə Rusiyanın bizim xarici ticarətdəki payı ikiqat artıb.
Biz 2017-ci illə müqayisədə Rusiyadan 2 dəfə çox asılıyıq. İndi ya daha çox asılıyıq, ya da ayaqlarımızı yellədirik”.