Rusiyaya əməkçi miqrant axını Covid-dən sonra AŞAĞI DÜŞÜBbackend

Rusiyaya əməkçi miqrant axını Covid-dən sonra AŞAĞI DÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən sonra Rusiyaya əməkçi miqrant axını Covid-dən əvvəlki səviyyəyə qayıda bilməyib.

interpress.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) araşdırma aparıb.

2023-cü ildə Rusiya əmək bazarında əcnəbi əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon nəfər azdır.

Rusiya Federasiyasında əcnəbi işçilərin əsas mənbələri Özbəkistan, Tacikistan və Qırğızıstandır. Miqrasiya məqsədi ilə qeydiyyata alınan bütün əcnəbilərin yarıdan çoxu (55–60%) Moskva, Sankt-Peterburq və regionlara gəlir.

Xuraman Etibarlı

İnterpress.az