“Telegram”ın təsisçisi Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib.
İnterpress.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Onun məhkəməyə aparılmaq üçün həbsdən azad edildiyi bildirilir.
O da qeyd edilir ki, Durov ilk dəfə dindiriləcək və ona qarşı ittihamlar da irəli sürülə bilər.
Bundan əvvəl Fransa prokurorluğu Durova qarşı aparılan istintaqı şərh edib. Bildirilib ki, “Telegram”-ın təsisçisi bu işdə yeganə müttəhimdir.