İran vətəndaşı Ermənistandan Avstraliyaya tiryək apararkən saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, İran vətəndaşı Ermənistandan Avstraliyaya tiryək keçirmək istəyərkən saxlanılıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinə İran vətəndaşının qaçaqmalçılıq yolu ilə Ermənistana narkotik vasitə gətirməsi və Avstraliyaya göndərməyi planlaşdırması barədə məlumat daxil olub.
O, “HayPost” QSC-nin Qafan filiallarından birində tapılıb.
Xuraman Etibarlı
İnterpress.az