Liberman: “İsrailin baş naziri postuna ən uyğun namizəd mənəm”backend

Liberman: “İsrailin baş naziri postuna ən uyğun namizəd mənəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri postuna ən uyğun namizəd mənəm.

interpress.az xəbər verir ki, bu barədə İsrailin keçmiş müdafiə naziri və keçmiş xarici işlər naziri Aviqdor Liberman Ynet-ə müsahibəsində bildirib.

İsrailin keçmiş müdafiə naziri (2016-2018) və keçmiş xarici işlər naziri (2009-2015) Liberman özünü Yəhudi Dövlətinin baş naziri postuna ən uyğun namizəd hesab edir.

“Seçkilərin nəticələri kimin daha layiqli olduğunu göstərəcək. Təcrübəmi və bacarığımı nəzərə alsaq, hazırda ən uyğun namizəd mənəm”, – o deyib.

Liberman bir daha baş nazir Netanyahunu İrana qarşı tədbirləri gecikdirdiyinə görə tənqid edib.

Onun sözlərinə görə, ölkənin baş naziri müdafiə naziri ilə əlaqə saxlamayanda müharibə aparmağın qeyri-mümkün olduğunu vurğulayaraq, indiki hökumətin heç bir nəzarəti olmadığını qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az