Türkiyəyə məxsus pilotsuz təyyarə İraqın şimalında vurulub.
interpress.az xəbər verir ki, bu barədə “Shafaq News” təhlükəsizlik mənbələrinə istinadən yazıb Bildirilir ki, İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalındakı Kərkük şəhəri üzərində pilotsuz uçan aparatı vurub.
Qeyd olunur ki, pilotsuz uçan aparat qalıqları şəhərdəki yaşayış binasına ziyan vurub.
Mənbələrin bildirdiyinə görə, qalıqlar araşdırıldıqdan sonra bunun Türkiyə istehsalı olan ANKA pilotsuz təyyarəsi olduğu üzə çıxıb.
Şimal Bölgəsindəki Hava Hücumundan Müdafiə Komandirinin müavini Hamudi Ramazan qonşu Süleymaniyyə əyalətindən İraqın hava məkanına daxil olan pilotsuz təyyarənin vurulduğunu təsdiqləyib.
Türkiyə tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.
Xuraman Etibarlı
İnterpress.az