Məhkəmə erməni hakimin həbsinə QƏRAR VERDİbackend

Məhkəmə erməni hakimin həbsinə QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə erməni hakimin həbsinə qərar verib.

interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu gün məhkəmə sentyabrın 2-də keçiriləcək iclasında Konstitusiya Məhkəməsinin hakimi Hrayr Tovmasyanın həbsi barədə qərar qəbul edib.

Hakim Tatevik Qriqoryan polisə bu qərarı icra etməyi tapşırıb. Məsələ burasındadır ki, əvvəlki iclasların birində hakim təqsirləndirilən şəxsin 10 saat müddətinə iclasdan kənarlaşdırılması barədə qərar verib.

Dünənki məhkəmə iclasında hakimin sözlərinə görə, bu 10 saat keçib və Tovmasyan iclasa gəlməyib.

Məhkəmə bəyan edib ki, Hrayr Tovmasyan hakimin yüksək statusuna baxmayaraq, hüquqlarından sui-istifadə edərək, məhkəmə prosesini əsassız olaraq gecikdirir.

Hakim belə qənaətə gəlib ki, müttəhim Tovmasyan cinayət prosesində iştirakdan yayınır.

Xatırladaq ki, cinayət işi Tovmasyanın ədliyyə naziri olduğu dövrə təsadüf edir.

Prokurorluq Hrayr Tovmasyan üçün 7 il həbs istəyib.

Xuraman Etibarlı

İnterpress.az