Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.
Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.