Rusiyada daha bir general HƏBS OLUNDU – FOTObackend

Rusiyada daha bir general HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Leninqrad Hərbi Dairəsi komandirinin müavini həbs olunub.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva məhkəməsi Leninqrad Hərbi Dairəsi komandirinin müavini, general-mayor Valeriy Mümincanovu rüşvət almaqda ittiham edərək noyabrın 2-dək həbs edib.

V.Mümincanov təqsirini boynuna almayıb. Cinayət işində, o cümlədən hərbi əməliyyatla bağlı işin sirri olduğu üçün həbs-qətimkan tədbirinə baxılması bağlı qapılar arxasında keçirilib.

Müstəntiqlərin fikrincə, general şirkətlərdən birinə Rusiya Müdafiə Nazirliyi üçün, o cümlədən hərbi əməliyyat iştirakçıları üçün geyim formasının tədarükü üçün sifariş almağa kömək edib və 20 milyon rubldan çox rüşvət alıb.

Xuraman Etibarlı

İnterpress.az