Lukaşenko etirazla bağlı həbs olunan daha 30 nəfəri ƏFV ETDİbackend

Lukaşenko etirazla bağlı həbs olunan daha 30 nəfəri ƏFV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukaşenko etirazla bağlı cinayətlərdə təqsirli bilinən daha 30 nəfəri əfv edib.

interpress.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib. Prezident müvafiq fərman imzalayıb.

Bildirilir ki, Aleksandr Lukaşenko “etiraz xarakterli cinayətlər”də təqsirli bilinən daha 30 nəfəri əfv edib.

Əfv olunanlar arasında yeddi qadın və 23 kişi var. Onların əksəriyyəti azyaşlı və azyaşlı uşaqların valideynləridir. Konkret adlar bildirilmir.

Xatırladaq ki, Aleksandr Lukaşenko avqustun 16-da “etiraz xarakterli cinayətlərə” görə məhkum edilmiş 30 nəfərin əfv edilməsi haqqında ilk fərmanı imzalayıb. Onlardan 14-ü qadın, 16-sı kişi, bəzilərinin isə ağır xəstəlikləri var. Pensiyaçılar da var.

Xuraman Etibarlı

İnterpress.az