Gürcüstan müxalifəti seçkilərdə qalib gələcəyi təqdirdə Saakaşvilini azad edəcəyini vəd edib.
İnterpress.az xəbər verir ki, bu barədə partiya lideri Bokuçava bildirib.
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası oktyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Gürcüstanın üçüncü prezidenti Saakaşvilini azad edəcəyinə söz verib.
O, həmçinin hökumət dəyişikliyindən sonra Aİ-yə üzvlük danışıqlarını bərpa edəcəyinə söz verib:
“Biz Avropa pensiyalarını, Avropa maaşlarını, Avropa səhiyyəsini, Avropa təhsilini və bəli, Avropa pasportunu gətirəcəyik”.
Xuraman Etibarlı
İnterpress.az