Rusiya qoşunlarının Kursk bölgəsindəki əks-hücumları uğursuz olub.
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
“Rusiyanın əks-hücum əməliyyatı uzun çəkdi. Yalnız sentyabrın 17-də Rusiya Silahlı Qüvvələrinin tankları Korenevodan cənuba doğru irəliləyə bildi. Tezliklə Kreml elan etdi ki, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əraziləri Moskvanın nəzarətinə qaytarmaq üçün oktyabrın ortalarına qədər vaxtı var”, – nəşr bildirib.
Hesabatda qeyd edilir ki, bu məqsəd illüziyadır, çünki ukraynalı hərbçilər döyüşsüz geri çəkilməyə hazır deyil və Kursk vilayətinə yeni bölmələr ötürür.
Ukrayna Silahlı Qüvvələri regionda Rusiyanın əks-hücumunu qabaqlamağa və Rusiya Silahlı Qüvvələrinin bölmələrini eyni anda bir neçə istiqamətdə müdafiə etməyə çalışır.
Bundan əvvəl Putin bəyan etmişdi ki, oktyabrın 1-dək Rusiya ordusu Kursk vilayətinin bütün ərazisini tamamilə öz nəzarətinə qaytarmalıdır.
Xuraman Etibarlı
İnterpress.az