Ermənistan Bolqarıstanı Ermənistan vətəndaşlarının bu ölkəyə səfəri ilə bağlı problemlərin səbəbini aydınlaşdırmağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu məsələ BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə bolqarıstanlı həmkarı İvan Kondov arasında söhbətdə müzakirə olunub.
Həmsöhbətlər iqtisadiyyatın və turizmin inkişafında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
Bu kontekstdə nazir Mirzoyan Ermənistan vətəndaşlarının Bolqarıstana səfərləri zamanı yaranan problemləri təqdim edərək, problemlərin səbəbini aydınlaşdırmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az