İsrail bu həftə Livana qurudan hücuma başlaya bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, İsrail ordusu artıq Livanın cənubunda kiçik hədəfli reydlər keçirib, o cümlədən kəşfiyyat məlumatlarının toplanması üçün Hizbullah tunellərinə sızıb.
Bu gün səhər saatlarında İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bildirib ki, Tehran Hizbullaha kömək üçün qoşun göndərməyi planlaşdırmır.
Onun sözlərinə görə, Livan özünü müdafiə edə biləcəyini sübut edib.
Xuraman Etibarlı
İnterpress.az