81 yaşlı koreyalı qadın “Kainat gözəli” milli müsabiqəsinin finalına çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 81 yaşlı model Çoi Sun Xva Cənubi Koreyanın “Kainat gözəli” müsabiqəsinin final mərhələsinə yüksəlib.
O, ölkəsini Meksikada təmsil etmək imkanı üçün 31 namizədlə yarışıb. Qələbəni sonda 22 yaşlı Xan Ariel qazanıb, o, noyabrda əsas titul uğrunda mübarizə aparacaq.
İndiyə qədər ən yaşlı iştirakçı ola biləcək qadın Cənubi Koreyada keçirilən seçimin final mərhələsindən keçə bilməyib.
O, qalib gəlsəydi, müsabiqənin ən yaşlı iştirakçısı kimi tarixə düşə bilərdi.
Xuraman Etibarlı
İnterpress.az