Tarot oxuyanlar, numeroloqlar və kvadroberlər bu ilin sonuna qədər qadağan edilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı deputat Andrey Svintsov bildirib.
“Tarot oxuyanlar xidmət göstərmək istəyirlərsə, o zaman tibbi lisenziya almalıdırlar. Lakin sehrbazların” 99%-i şarlatanlardır və onları həbs etmək lazımdır.
Tezliklə bütün bunları, o cümlədən kvadroberləri də qadağan edəcəyik. Bütün bunlar vəhşi cərimələrlə ekstremizm kimi tanınacaq. İnsanlara kömək etmək istəyirsiniz? Tibb oxumağa və ya kilsəyə gedin”, – Svintsov deyib.
O, bir il ərzində müvafiq təşəbbüslərə deputatlar tərəfindən baxılacağına və bəyəniləcəyinə söz verib.
Xuraman Etibarlı
İnterpress.az