Ukrayna Hərbi Hava Qüvvələri İki “Kinjal” və 56 “Şahed” raketi vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib. O bildirib ki, Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri səbəbindən ölkənin şərqində zenit siqnalı beş saatdan çox davam edib.
Ötən gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri 87 “Şahed” sinifli hücum pilotsuz təyyarəsindən 56-nı və iki raketi vurub.
Xarkov vilayətinin hökumət başçısı Aleksandr Prokudin bildirib ki, Rusiyanın son 24 saat ərzində bölgəyə hücumları nəticəsində 1 mülki şəxs həlak olub, 15 nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az