Belarus müxtəlif növ pilotsuz təyyarələrə qarşı fiziki güc, silah və xüsusi texnikanın tətbiqinə icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun fərman imzalayıb.
Fərmana əsasən, müxtəlif növ pilotsuz təyyarələrə qarşı fiziki güc, silah və xüsusi texnikanın tətbiqinə icazə verilib.
Ölkədə fiziki şəxslərin ölkəyə dronların idxalını və idarə etməyi qadağan edən bir qayda var. Bu, yalnız hüquqi şəxslərə və fərdi sahibkarlara peşəkar fəaliyyət üçün icazə verilir.
Xuraman Etibarlı
İnterpress.az