Türkiyədə AKP-nin keçmiş gömrük və ticarət nazirinin müavininin şəxsi katibi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, AKP-nin keçmiş gömrük və ticarət nazirinin müavininin şəxsi katibi saxlanılıb.
“Türkiyədə AKP-nin keçmiş gömrük və ticarət nazirinin müavini Fatih Metinin şəxsi katibi Yunus Emre Morkoç Dubaydan qaçaqmalçılıq yolu ilə 175 milyon türk lirəsi (təxm. 5,11 milyon dollar) dəyərində 60 kiloqram qızıl keçirməyə cəhd edərkən saxlanılıb”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az