Bayden və Netanyahu həftələr sonra ilk danışıqlarını aparıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Bayden və İsrailin baş naziri Netanyahu son həftələr ərzində ilk telefon danışığını aparıb.
Onlar İsrailin Livandakı quru əməliyyatını genişləndirməsi və İranın son hücumuna cavab variantlarını müzakirə ediblər.
Bundan əlavə, mətbuatın yazdığına görə, ABŞ prezidentliyinə namizəd Tramp ötən həftə Netanyahu ilə telefon danışığı aparıb.
Qeyd olunur ki, Tramp “İsrailin Hizbullaha qarşı həyata keçirdiyi intensiv və qəti əməliyyatlara görə İsrailin baş nazirini təbrik edib”.
Danışıqlara Trampın müttəfiqi senator Lindsi Qrem də qoşulub.
Xuraman Etibarlı
İnterpress.az