Sepah-e-Quds komandanının müavini Hizbullahın müvəqqəti baş katibi təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” qəzeti Sepah-e-Qodsdakı mənbəyə istinadən yazır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlılarının komandirinin müavini Məhəmməd Rza Fəlahzadə Hizbullahın müvəqqəti baş katibi təyin edilib.
Qeyd olunur ki, Fəlahzadəni bu vəzifəyə İranın ali dini lideri Xameneyi şəxsən təyin edib.
Adı çəkilən bölmənin komandiri Qaaniyə qarşı onun qərargah rəisinin İsraillə əlaqəsi şübhəsi ilə bağlı araşdırma başlanıb. Qeyd edilib ki, Qaani sorğu-suallara görə infarkt keçirib.
Xuraman Etibarlı
İnterpress.az