Almaniyada tamaşaçılar operanın premyerasından ürəkbulanma və başgicəllənmə şikayəti ilə qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilir ki, Almaniyada 18 nəfər “Sancta” operasının premyerasından ürəkbulanma və başgicəllənmə şikayəti ilə qaçıb.
Səhnədə tam vəhşilik baş verib. Çılpaq rahibələr, homoseksual səhnələr, İsanın parodiyası və finalda aktyorun öz ətindən bir parça kəsib tavada qızartmasını göstəriblər.
Opera üç saat fasiləsiz davam edib. Bir səhnədə çarmıxda İsa Məsihi təsvir edən aktyorlar divardan asılır və onların üzərinə çənlərdən qan tökülüb.
Qeyd edək ki, “Sancta” operası 1921-ci ildə qadağan edilmiş əsərin müasir səhnələşdirilməsidir.
Xuraman Etibarlı
İnterpress.az