Aİ ukraynalı jurnalist Roşçinanın rus əsirliyində ölməsindən hiddətləndiyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti məlumat verib. Xidmət bildirib ki, “Aİ Rusiya tərəfindən özbaşına və qanunsuz olaraq saxlanılan ukraynalı müstəqil jurnalist Viktoriya Roşçinanın ölüm xəbərindən dəhşətə gəlib”.
“Fikirlərimiz onun ailəsi, dostları və həmkarları ilədir”, – məlumatda deyilir.
Həmçinin İnsan Haqları üzrə Media Təşəbbüsü jurnalistin Rusiya Federasiyasının ən qəddar təcridxanalarından birində – Taqanroqdakı 2 saylı istintaq təcridxanasında saxlandığını bəyan edib.
Qeyd olunur ki, buna “yer üzündə cəhənnəm” deyirlər.
Xuraman Etibarlı
İnterpress.az