Rusiyada qadın bütün dişlərini çəkdirdikdən sonra ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskva vilayətinin sakini Moskva klinikalarından birində bütün dişləri çıxarıldıqdan sonra dünyasını dəyişib.
59 yaşlı qadın implantasiya etmək üzrə idi və prosedur üçün 32 dişin hamısını çəkdirməli olub.
Xəstənin 32 dişi çıxarılaraq evə göndərilib.
İlk gün özünü yaxşı hiss edib və səhhətindən şikayət etməyib. Lakin sonra hamama gedib, huşunu itirib və ölüb.
Faktla bağlı “Ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az