Rusların yarıdan çoxu ali təhsilə marağını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Ali İqtisadiyyat Məktəbindən məlumat verilib. Bildirilir ki, rusların yarıdan çoxu ali təhsil almaq istəmir.
9-11-ci sinifləri bitirənlərin 50-60%-i kollecə gedir.
Ali İqtisadiyyat Məktəbi izah edib ki, ali təhsil tələb etməyən bir çox işlər yaranıb və kollecə hazırlaşmaq universitetdən daha asandır.
Kollecdə təhsil haqqı da aşağıdır, bu da faktordur.
Xuraman Etibarlı
İnterpress.az