Ermənistan və Azərbaycan parlament sədrlərinin Cenevrə görüşü ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni spikerin köməkçisi Movses Arutyunyan Facebook-da bildirib.
“Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Cenevrədə planlaşdırılan görüşü ləğv edilib, Azərbaycan tərəfi son anda əldə edilmiş razılaşmadan imtina edib”, – Arutyunyan yazıb.
O qeyd edib ki, Simonyan İrəvana qayıdandan sonra ləğvin səbəbləri ilə bağlı əlavə izahat verəcək.
Xuraman Etibarlı
İnterpress.az