“Rossiya Hava Yolları”na məxsus təyyarənin göyərtəsində kütləvi dava olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Rossiya Hava Yolları”na məxsus təyyarənin göyərtəsində kütləvi dava olub. Anadırdan Moskvaya uçan təyyarə Krasnoyarska enməli olub.
Havaya qalxdıqdan sonra sərnişinlər stüardessalara kişilərdən biri haqqında şikayət etməyə başlayıblar.
Onların sözlərinə görə, o, sərxoş vəziyyətdə təyyarəyə minib. Uçuş zamanı sərnişin daha çox içki içib, bundan sonra onunla birlikdə uçan yoldaşları ilə mübahisə edib.
Stüardessalar adamı sakitləşdirməyə çalışsalar da, cavab olaraq təhqirlər və sonra zərbələr alıblar və təyyarədə dava düşüb. Bundan sonra qeyri-adekvat adamın əl-qolunu burub sakitləşdirə biliblər.
Əl-qolu bağlanmış adam qışqırıb ki, 15 dəqiqədən sonra hamı qırılacaq və bundan sonra Puşkinin şeirlərini oxuyub.
Nəticədə pilot uçuşu dayandırmaq və Krasnoyarska məcburi eniş etmək qərarına gəlib. Hava limanında dava edən şəxs polisə təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az