60-dan çox səfirlik minalanma ilə bağlı MƏKTUB ALDIbackend

60-dan çox səfirlik minalanma ilə bağlı MƏKTUB ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın 60-dan çox xarici diplomatik qurumu minalanma ilə bağlı məktublar alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukraynanın 60-dan çox xarici diplomatik qurumuna minalanma ilə bağlı məktublar daxil olub.

“Bazar ertəsi, oktyabrın 14-də Ukraynanın 60-dan çox xarici diplomatik qurumuna minalanmış binalarla bağlı anonim məktublar daxil olub. Bu rəqəm artmaqda davam edir.

Ukrayna Xarici İşlər Nazirliyinin struktur bölmələrinə də analoji məktublar daxil olub”, – departamentdən bildirilib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın diplomatik qurumlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Xuraman Etibarlı

İnterpress.az