Avstraliya siyasətçiləri Kral III Çarlzı TƏHQİR ETDİLƏRbackend

Avstraliya siyasətçiləri Kral III Çarlzı TƏHQİR ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya siyasətçiləri Çarlz III ilə görüşməkdən imtina ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, ağır xərçəngdən əziyyət çəkən Britaniya kralı III Çarlz müalicəsini yarımçıq qoyaraq Avstraliyaya rəsmi səfərə gedib.

Kralın gəlişi şərəfinə təşkil edilən ziyafətə dəvət edilən Avstraliyanın bütün altı ştatının baş nazirləri müxtəlif bəhanələrlə iştirakdan imtina ediblər.

Bir çox digər tanınmış siyasətçilər də Avstraliya paytaxtında Karlla görüşmək istəməyiblər.

Avstraliya Monarxistlər Liqasının nümayəndəsi Bev Makartur hesab edir ki, bununla siyasətçilər kralı təhqir ediblər.

“Bütün baş nazirlər və nazirlər monarxımız III Çarlza sədaqət andı içiblə. Onların indi dostluq üçün onlara uzadılan ələ tüpürmələri çox böyük təhqirdir”, – nəşr Bev Makarturdan sitat gətirib.

Xuraman Etibarlı

İnterpress.az