İran və Suriya arasında münasibətlər PİSLƏŞİRbackend

İran və Suriya arasında münasibətlər PİSLƏŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Suriya arasında münasibətlər pisləşir.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa kəşfiyyat xidmətlərinin ruporu “Intelligence Online” məlumat yayıb.

Oktyabrın 8-də Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah komandirlərinin sıx olduğu binaya İsrailin hava hücumu Suriya ilə İran arasında gərginliyi daha da artırıb.

Qeyd olunur ki, bundan sonra Dəməşq İsrailə kəşfiyyat məlumatlarının sızması ilə bağlı şayiələrin mərkəzində olub.

Mənbənin sözlərinə görə, bu, həm də Suriya prezidenti Bəşər Əsədlə onun qardaşı – Suriya ordusunun 4-cü diviziyasının komandiri Maherlə “Tehranın Suriyadakı adamı” arasında fikir ayrılığına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az