Satanovski: Moskva artıq Ermənistanla Azərbaycan arasında danışıqların sponsoru olmaq istəmir – VİDEObackend

Satanovski: Moskva artıq Ermənistanla Azərbaycan arasında danışıqların sponsoru olmaq istəmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Moskva artıq Ermənistanla Azərbaycan arasında danışıqların sponsoru olmaq istəmir.

İnterpress.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski erməni mediasına müsahibəsində deyib.

Satanovski Ermənistan-Rusiya münasibətləri və Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Rusiyanın rolunu şərh edib.

O hesab edir ki, rəsmi Moskva artıq Ermənistanla Azərbaycan arasında danışıqların sponsoru olmaq istəmir və bunun səbəbləri var.

“Rusiya rəhbərliyi Əliyevlə Paşinyan arasında görüşlərin təşkilini zəruri hesab etmir. Niyə?

Məsələn, Paşinyanla münasibətlərimizə əsaslansaq, Əliyevlə münasibətlərimiz həmişə normal olub. Lakin Rusiya Qarabağda şərait daha yaxşı olanda, hətta İkinci Qarabağ müharibəsinin başlanğıcında belə vasitəçilik etməyə cəhd edəndə, Paşinyan qürurla imtina etdi. Və demək olar, hər şeyi etdi ki, Moskva ilə münasibətləri kəsməsə də, son həddinə qədər məhv etsin.

Əbəs yerə demirəm ki, tarixi baxımdan Paşinyan cənab Zelenskinin erməni versiyasıdır.

Amerikalılar Paşinyanı ona görə qoymayıblar ki, Ermənistana yaxşı olsun. Necə ki, Zelenski Ukraynaya yaxşılıq üçün təyin olunmayıb.

Ermənistanla münasibətlərimiz Ukrayna-Rusiya, hətta Gürcüstan-Rusiya səviyyəsinə çatmayıb, şükürlər olsun. Amma bəlkə bir gün ora da çatar. Bütün bunlar pul, səy və siyasi texnologiya məsələsidir”, – Satanovski fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az