Türk bazalarına hücum edən Əl-Qaidə üzvü Afrikada ƏLƏ KEÇDİ – FOTObackend

Türk bazalarına hücum edən Əl-Qaidə üzvü Afrikada ƏLƏ KEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadakı türk bazalarına hücum edən Əl-Qaidə üzvü Afrikada saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, “Əl-Qaidə” üzvü Əhməd Baykar Türkiyənin MİT kəşfiyyat təşkilatının Afrikada keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Suriyanın şimal-qərbində İdlibdə türk bazalarına və türk hərbi karvanına hücumda iştirak edib.

Bundan əlavə, 2014-cü ildən 2019-cu ilə qədər o, Suriya təhlükəsizlik xidmətlərinə bir sıra hücumlar və Suriyanın Taqa şəhərində terror aktları həyata keçirib.

Baykar ifadəsində Türkiyənin özündə “mühüm hədəflərə” hücumlar təşkil etməyi planlaşdırdığını etiraf edib, həmçinin hərəkətlərini əlaqələndirdiyi şəxslərin adlarını da açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az