Antibiotiklərə ŞOK REAKSİYA: Model müalicədən sonra eybəcərləşdi və KOR OLDU – FOTOLARbackend

Antibiotiklərə ŞOK REAKSİYA: Model müalicədən sonra eybəcərləşdi və KOR OLDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antibiotik qəbul edən 31 yaşlı modelin bütün bədəni səpib, gözləri tutulub və hərəkət edə bilmir. 

İnterpress.az xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb. Bildirilir ki, qəbul etdiyi antibiotiklər modeli səpkilərlə dolu şişmiş, kor və hərəkət edə bilməyəcək vəziyyətdə qoyub.

Taylandlı 31 yaşlı model Sasinan Çuenlosanq tətildə olarkən tonzillit xəstəliyinə tutulub. O, xəstəxanaya gedib və orada ona antibiotik “Seftriakson” təyin edilib.

Ancaq dərmanın istifadəsi onu daha da pisləşdirib. Xəstəliyin simptomları kəskinləşib, lakin həkimlər kursu davam etdirməkdə israr ediblər.

Üç gün sonra Sasinanın bədəni qabarcıqlarla dolub, sağ gözü kor olub və demək olar ki, normal hərəkət edə bilməyib.

Həkimlər onu dərhal tibbi səbəbli komaya salmalı olublar. Bu vəziyyətdə bir həftə qalıb.

Həkimlər belə qənaətə gəliblər ki, modelin dəhşətli vəziyyətinə səbəb onun antibiotiklərə olan allergiyası olub.

Xuraman Etibarlı

İnterpress.az