Qırğızıstanda Rusiyadan geri qayıdan miqrantların sayı artır.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Əmək Nazirliyi məlumat yayıb.
Məlumata görə, geri qayıdan miqrantların sayı artmaqda davam edir və bu, hərtərəfli və sübuta əsaslanan miqrasiya siyasətinin işlənib hazırlanmasının zəruriliyini vurğulayır.
Qeyd olunur ki, 2020-ci ildən geriyə miqrasiyada artım müşahidə olunur, xüsusən 2023-cü ildə geri qayıdanların sayı 2022-ci ilə nisbətən 85% artıb.
Yenidən miqrasiya etməyi planlaşdıran vətəndaşların sayının iki dəfə azaldığı da qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az