59 yaşlı zibil yığıan Kianu Rivzə bənzəyişindən istifadə edərək qadınlara təcavüz edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, 59 yaşlı zibil yığıan Kianu Rivzə bənzəyişindən istifadə edərək qadınlara təcavüz edib.
Ubaldo Manuli Romada zibil yığan işləyib. Tanışlıq proqramlarında o, özünü idmançı və heyvansevər adlandıraraq qadınlarla görüşməyə çalışıb
Kişi kilsələrdə xristian xaçı ilə şəkil çəkdirib və həmişə Hollivud aktyoruna bənzədiyini vurğulayıb.
Manuli tərəfindən yuxu dərmanı və narkotik verilən ən azı 3 qız məlumdur. Qurbanlar huşunu itirdikdə, o, onları zorlayıb və sonra görüntüləri dostlarına satmaq üçün hər şeyi lentə alıb.
Onun noutbukunda qadınlarla yazışmaların arxivi və cinsi zorakılıq videoları tapılıb.
Məhkəmənin hökmü ilə o, 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az