Astana bildirib ki, Qazaxıstan yaxın gələcəkdə BRİCS-ə üzv olmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib. O bildirib ki, Qazaxıstan hakimiyyəti hələlik BRİCS-ə qoşulmaq üçün ərizə verməkdən çəkinəcək.
Onun sözlərinə görə, Qazaxıstan universal və alternativsiz beynəlxalq təşkilat kimi BMT-yə üstünlük verir.
“Bu təkliflər dövlət başçısı tərəfindən diqqətlə nəzərdən keçirilir. Onun tapşırığına əsasən, Qazaxıstanın milli maraqları nöqteyi-nəzərindən müvafiq idarələr tərəfindən təhlil edilir.
Qazaxıstan BRİCS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, həmçinin bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri nəzərə almaqdan çəkinəcək”, – Uali bildirib.
Xuraman Etibarlı
İnterpress.az