İlon Mask Trampın seçki kampaniyası üçün 75 milyon dollar BAĞIŞLADIbackend

İlon Mask Trampın seçki kampaniyası üçün 75 milyon dollar BAĞIŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask 3 ayda Trampın kampaniyasını dəstəkləmək üçün 75 milyon dollar bağışlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. Nəşr yazır ki, ABŞ Federal Seçki Komissiyasının hesabatına əsasən, biznesmen bu məbləği Trampın namizədliyini dəstəkləyən PAC America siyasi təşkilatının hesabına köçürüb.

“The Washington Post” eyni zamanda qeyd edir ki, şirkət Trampın ikinci müddətə namizədliyində mühüm oyunçuya çevrilib.

“Şirkət təşviqat kampaniyasının son həftələrində respublikaçı namizəd üçün bəlkə də ən iddialı müstəqil seçici fəallığı səyini həyata keçirib”, – nəşr yazıb.

Xuraman Etibarlı

İnterpress.az