Ermənistanda çevriliş hazırlanır.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Oktyabrın 15-də Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsi tərəfindən çağırılan parlament dinləmələrində Ermənistanın İstintaq Komitəsinin (İK) sədri Argişti Kyaramyanın təkəbbürlü davranışı hüquq-mühafizə sistemimizin acınacaqlı vəziyyətinin ən yaxşı göstəricisidir”, – Surenyants yazıb.
Suren Surenyants xüsusilə Argişti Kyaramyanın aşağıdakı bəyanatından sitat gətirib: “Bu dünyada mənim sözlərimə cavab verməyə cəsarət edən heç kim yoxdur. Əgər biri tapılsa, mən son dərəcə yumşaq reaksiya verərdim və gələcəkdə cavabını alardı”.
“Beləliklə, dünən İstintaq Komitəsinin rəhbəri deputatları hədələyib, təkcə onları deyil, həm də ölkənin siyasi rəhbərliyini, müxalifəti, sadə vətəndaşları hədələyib.
Düzünü bilmək istəyirsinizsə, Kyaramyan ölkənin konstitusiya quruluşunu təhdid edib və Paşinyan onu dərhal işdən çıxarmasa, onun hərəkətsizliyi və ya təşviqi ilə ölkədə çevriliş baş verər.
Digər tərəfdən, əminəm ki, hakim partiyanın “Mülki müqavilə” fraksiyasından olan deputatların “qəzəbinə” haqq-ədalət təşnəsi yox, klandaxili “qalmaqallar” səbəb olub”, – Suren Surenyants qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az