Qazaxıstanda baş verən yol qəzasında 6 Özbəkistan vətəndaşı ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın Manqistau vilayətində minik və yük maşınının iştirakı ilə qəza baş verib. Nəticədə 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.
Polis idarəsinin məlumatına görə, qəzada iştirak edən 10 nəfərin hamısı Rusiya Federasiyasından Özbəkistana gedən Özbəkistan vətəndaşları olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az