Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanın həbsinə ORDER VERDİbackend

Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanın həbsinə ORDER VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Tribunal Şeyx Hasinanın həbsinə order verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Cinayət Tribunalı Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və Xalq Partiyasının yüksək səviyyəli liderləri də daxil olmaqla daha 46 nəfərin həbsinə order verib.

Tribunal noyabrın 18-dək ölkə hakimiyyətinə Şeyx Hasina da daxil olmaqla 46 təqsirləndirilən şəxsin həbs edilməsini və gətirilməsini əmr edib.

Avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda baş nazir Şeyx Hasina istefa verib, Banqladeşi tərk edib və Hindistana uçub.

Etirazlarda işsizliyin yüksək səviyyəsindən və perspektivsizliyindən narazı olan tələbələr iştirak ediblər.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin məlumatına görə, iyul və avqust aylarında baş verən iğtişaşlar 650-yə yaxın insanın ölümünə səbəb olub.

Avqustun 8-də Banqladeşdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.

Xuraman Etibarlı

İnterpress.az