İntim münasibətdən imtina etdiyinə görə boksçu tərəfindən döyülən qız xəstəxanada ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, İntim münasibətdən imtina etdiyi üçün boksçu tərəfindən döyülən Çelyabinskdən olan qız xəstəxanada ölüb.
Zərərçəkmişin ölümü ilə əlaqədar cinayət işi yenidən tövsif olunacaq.
Yuliya klubda boksçu Dmitri ilə birlikdə olub. Qızın telefonunun cərəyanı bitəndə onu öz yerində doldurmağı təklif edib. Mənzildə boksçu onu incitməyə başlayıb və qız seksdən imtina etdikdən sonra onu döyüb. Qonşular polis çağırıb.
Qız xəstəxanaya çatdırılsa da, oktyabrın 11-də daxili qanaxmadan dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az