İsrail mediası: Sinuar son damla qanına qədər döyüşdü – VİDEObackend

İsrail mediası: Sinuar son damla qanına qədər döyüşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinuar son damla qanına qədər döyüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

Müxtəlif israilli jurnalistlər və nəşrlər Fələstinin HƏMAS hərəkatının liderinin iddia edilən ölümünü təsvir edərək, Fələstin liderinin sona qədər mübarizə aparması ilə razılaşırlar.

İsrailli jurnalist və Kann News-un hərbi müxbiri Itai Blumental çərşənbə günü İsrail əsgərləri ilə üç HƏMAS döyüşçüsü arasında atışma baş verdiyini, bu zaman fələstinlilərin yaralanaraq ayrı-ayrı binalara sığındığını, ikisinin bir binaya, Sinuarın isə digər binaya daxil olduğunu bildirib.

“Sinuar binada tək idi”, – Blumental deyib.

Sinuar ikinci mərtəbəyə qalxaraq İsrail tanklarının hücumlarına baxmayaraq oradan atəş açmağa başlayıb.

“The Times of Israel” yazır ki, HƏMAS lideri binaya doğru irəliləyən piyada taqımına iki qumbara atıb.

İsrailin “Haaretz” qəzeti Sinuarın qumbaraatanının israilli bir druz əsgərini ağır yaraladığını yazıb.

Cümə axşamı axşam saatlarında İsrail ordusu yaralı Fələstin liderinin üzünə keffiye sarılmış olduğunu əks etdirən dron görüntülərini yayımlayıb.

Yaralanmasına baxmayaraq, Sinuar pilotsuz təyyarəyə doğru əşyalar atmağa davam edib, bundan sonra evə daha bir tank mərmisi atılıb.

İsrailli “Kan 11” jurnalisti Elior Levi Sinuarı “son ana qədər, son damla qanına qədər döyüşən bir adam” kimi təsvir edib. Hətta yaralı olsa belə.

“Əlbəttə ki, o, alçaldılmır” deyən Levi Fələstin xalqının gözündə Sinvarın qəbuluna işarə edərək əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az