Hindistan və Pakistan keçmişi dəfn etməli və gələcək haqqında düşünməlidir.
İnterpress.az xəbər verir ki, bu barədə cümə günü Hindistan mətbuatı Pakistanın keçmiş baş naziri Nəvaz Şərifə istinadən bildirib.
Hindistan Xarici İşlər Nazirinin bu həftənin əvvəlində doqquz ildə ilk dəfə Pakistana səfəri iki ölkə arasında münasibətlərin əriməsinə səbəb ola biləcək “yaxşı başlanğıc” idi.
Nəvaz Şərif Hindistan və Pakistanın “keçmişi dəfn etməli” və “gələcək haqqında düşünməli” olduğunu vurğulayıb.
Pakistanın keçmiş baş naziri Hindistanın xarici işlər nazirinin ŞƏT iclası üçün İslamabada səfərinin “yaxşı sonluq” olduğunu və hər iki ölkənin “irəli getməli olduğunu” deyib.
“Biz yaxşı qonşular kimi yaşamalıyıq. Biz keçmişə qayıtmamalı, gələcəyə baxmalıyıq”, – o qeyd edib.
Xatırladaq ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hökumətlərinin iclasında iştirak etmək üçün bu həftə Pakistanda olub.
“Biz son 75 ili itirmişik və növbəti 75 ili itirməməyimiz vacibdir”, – Şərifdən sitat gətirən “Times of India” qəzeti yazıb.
Xuraman Etibarlı
İnterpress.az