Ermənistanda məktəbdə İNSİDENT: Şagird odlu silahla YARALANDIbackend

Ermənistanda məktəbdə İNSİDENT: Şagird odlu silahla YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda məktəblərin birində yeniyetmə pnevmatik tapança ilə yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, polisə İrəvan məktəblərindən birinin məktəblisinin güllə yarası ilə kömək üçün klinikaya müraciət etməsi barədə siqnal daxil olub.

Daha sonra onun sağ bud nahiyəsinin yarası diaqnozu ilə Surb Astvatsamayr tibb mərkəzinə aparıldığı barədə məlumat daxil olub.

Polis yeniyetmənin İrəvandakı məktəbin 10-cu sinifdə oxuduğunu müəyyən edib. Ona həmin məktəbin 12-ci sinif şagirdi atəş açıb.

Xuraman Etibarlı

İnterpress.az