Rusiyada qulların saxlandığı ferma aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rostov vilayətində insanların köləlik şəraitində saxlandığı ferma bağlanıb.
Rostov vilayətində polis insanların köləlikdə saxlandığı fermaya basqın edib.
20-yə yaxın insan aylarla döyülərək “qul sahibi” Racaya baş əyməyə məcbur edilib. Onu Batya və ya Vitali də adlandırırdılar.
İlkin məlumata görə, bu şəxs əvvəllər adam oğurluğu və dələduzluqda məhkum olunub.
İndiyədək 18 quldan altısı azad edilib. Cinayət işinin başlanması məsələsi həll edilir.
Xuraman Etibarlı
İnterpress.az