İsraildə 7 nəfər İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.
Şübhəlilərin hamısı İsrail vətəndaşıdır.
Onlar Müdafiə Nazirliyinin Tel-Əvivdəki şəhərciyi, İsrail ordusunun “Dəmir Günbəz” batareyalarının yerləşdiyi yerlər – 2 hava baza və məntəqələrində fotoşəkil çəkmək və məlumat toplamaqda ittiham olunurlar.
Xuraman Etibarlı
İnterpress.az