Al Qard Al Hassan Assosiasiyası İsraildəki terror təşkilatları siyahısına əlavə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Müdafiə Nazirliyinin rəhbəri Qalant məlumat verib.
“Biz iqtisadi kampaniyanı genişləndiririk və Müdafiə Nazirliyində terrorizmlə iqtisadi mübarizə qərargahı vasitəsilə terror təşkilatlarının oksigenini kəsirik”, – deyə o, X hesabında yazıb.
Al Qard Al Hassan Assosiasiyası 1983-cü ildə yaradılmış qeyri-kommersiya maliyyə institutudur. Livanda 31 filialı var.
Hizbullahın fəaliyyətini maliyyələşdirmək, o cümlədən silah-sursat almaq, həmçinin təşkilatın döyüşçülərinə maaş vermək və paylamaq üçün istifadə olunub.
Xuraman Etibarlı
İnterpress.az